"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mətləb əliyev: “Bələdiyyəmiz sakinləri narahat edən problemlərin həllində yaxından iştirak edir”

--2018-10-21 / 18:19

Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb əliyevin Belediyye.infoya verdiyi məlumata görə,

“Yerli Demokratiya Həftəsi” çərçivəsində bələdiyyədə poçt qutusu qoyulmuş, “Açıq qapı” günləri elan olunmuşdur. Həftə ərzində bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri tərəfindən onlarca qəsəbə sakini qəbul edilmiş, problemləri dinlənilmiş və bələdiyyədən asılı olan məsələlər öz həllini tapmışdır. Ancaq bələdiyyədən asılı olmayan məsələlərin həlliylə bağlı digər orqanlar qarşısında növbəti həftə ərzində müraciətlər göndəriləcəkdir.

Bələdiyyə sədri qəsəbədə bələdiyyə tərəfindən həyata keçirilən layihələrə də toxunaraq bildirib ki, sakinlərin müraciəti və bələdiyyə iclasının qərarıyla qəsəbədəkı ağacların budanması həyata keçirilmiş, qəbirstanlığın işıqlandırılması üçün 10 ədəd işıq dirəkləri  basdırılmışdır. Bununla yanaşı layihə çərçivəsində su motoru yenisiylə əvəzlənmiş, əlavə olaraq 20 tonluq su çəni quraşdırılmışdır.
Layihənin yekunu olaraq 1750 kv.m-lik əraziyə asfalt vurulmuşdur.

Sədrin sözlərinə görə, bələdiyyə qəsəbədə sakinləri narahat edən problemlərin həllində yaxından iştirak edir, ilin sonunadək abadlıqla bağlı bir sıra addımların atılması da nəzərdə tutulmuşdur.

Belediyye.info

ŞƏRHLƏR